İtaliya Nümayəndələr Palatasının bu gün keçirilən iclasında çıxış edən millət vəkili Flavio Di Muro sevgilisinə evlilik təklifi edib.

Unikal.org xəbər verir ki, nitqinin sonunda millət vəkili bu günün onun üçün digər günlərdən fərqli və xüsusi olduğunu qeyd edib.

“Cənab məclis sədri, icazənizlə sizə deyil, izləyici sıralarına səslənirəm: “Elisa, mənimlə evlənərsən?”, - deyə millət vəkili deyib.

Yanındakı digər millət vəkilləri Flavio Di Muronu alqışlarla təbrik etdiyi halda, spiker Roberto Fiko məsələyə tənqidi yanaşıb: “Cənab millət vəkili Di Muro, hər şeyi başa düşərəm, lakin məclis nitqini belə bir məqsədlə istifadə etmək uyğun deyil”.