Xəbər verdiyimiz kimi, Şirvanda yeni doğulmuş körpə küçəyə atılıb.
Unikal.org hadisənin təfərrüatlarını öyrənib.
Məlumata görə, şəhərin Leytenant İbrahimov küçəsi 18-də binada yaşayan sakinlər blokda yeni doğulmuş körpə aşkarlayıblar. Sonra hadisə barədə polisə məlumat verilib.
Hadisə yerinə gələn polis əməkdaşları körpəni Şirvan Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təhvil veriblər. Onun 2-3 günlük qız uşağı olduğu müəyyənləşib. Körpənin vəziyyəti stabildir.
Hazırda Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları körpənin kim tərəfindən atıldğını müəyyənləşdirmək üçün zəruri tədbirlər görür.