Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir matçı keçirilib.
Unikal.org xəbər verir ki, ikinci oyun günündə "Səbail" "Neftçi"ni qəbul edib. "ASCO Arena"da baş tutan görüşdə hesab açılmayıb.
Qarşılaşmanın 81-ci dəqiqəsində "dənizçilər"in hücumçusu Ağabala Ramazanov özünə qarşı kobudluqdan sonra təyin edilən penaltini qola çevirə bilməyib. Onun zərbəsindən sonra top qapı çatına tuş gəlib.
Bu heç-heçədən sonra xalını 22-ə çatdıran "Neftçi" "Keşlə" ilə 2-3-cü pillələri bölüşürlər. "Səbail" isə 12 xalla "Qəbələ" ilə son iki sıranı paylaşır.
Qeyd edək ki, ilk iki oyununda "Qəbələ" "Zirə"yə 3:0, "Keşlə" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. Tura sabah Masazırda reallaşacaq "Sabah" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.