Şirvan sakini dəm qazından boğulub.
Unikal.org-un məlumatına görə, hadisə Şirvan şəhəri, Xəqani küçəsi, ev 25-də baş verib.
Həmin ünvanda yaşayan Cəfərov Qurban Əzrulla oğlunun evdə meyiti aşkarlanıb.
İlkin araşdırma zamanı onun qazdan boğularaq öldüyü ehtimal edilib.
Faktla bağlı araşdırma aparılır.