"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu".
Unikal.org report-a istinadən xəbər verir ki, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIII turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.
47 yaşlı mütəxəssisin sözlərinə görə, istədikləri oyunu göstərə bilməyiblər: "Oyunçular çox əziyyət çəkdilər. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram”.
- Rəqibdə hansısa dəyişiklik hiss etdinizmi?
- Bəli, fərqli oyun üslubu var idi. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdı.
- Komanda Avrokubok matçından sonra gərginliyi üzərindən ata bilib?
- Çox yadımıza salsaq, ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq.
“Qarabağ”da psixoloji gərginlik var” - Qurban Qurbanov

23:53 02-12-2019
İDMAN
Digər Xəbərlər
2025-09-10 21:50:03

2025-09-10 19:50:54

2025-09-10 19:30:15
.jpg)
2025-09-10 18:59:04

2025-09-10 18:10:26

2025-09-10 17:50:00

2025-09-10 16:57:01

2025-09-10 16:12:25

2025-09-10 16:01:00

2025-09-10 15:15:15

2025-09-10 13:47:07

2025-09-10 13:03:00

2025-09-10 12:44:16

2025-09-10 12:18:54

2025-09-10 12:06:37

2025-09-10 11:44:00

2025-09-10 10:48:00

2025-09-10 09:08:00

2025-09-09 22:02:02

2025-09-09 22:00:18
