İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.

Unikal.org
xəbər verir ki, məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Lionel Messi yiyələnib.

Qalibin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə argentinalı ulduzu ötənilki qalib Luka Modriç təltif edib.

6-cı dəfə bu mükafata sahib çıxan “Barselona”nın hücumçusu 5 dəfə qalib adını qazanan Kriştianu Ronaldonu arxada qoyub. “France Football”ın səsverməsində “Liverpul”un nidelandlı futbolçusu Vircil van Diyk 2-ci, “Yuventus”un portuqaliyalı oyunçusu Kriştianu Ronaldo 3-cü olub. Sonadək adı bu “üçlük”lə yanaşı, namizədlər sırasında olan digər “Liverpul”lu, Seneqal millisinin üzvü Sadio Mane 4-cü yeri tutub.