Məşhur müğənni Sərdar Ortaç Kiprdə konsert verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni jurnalistlərə açıqlamasında qumara necə başladığı haqqında məlumat verib. 1997-ci ildə at yarışı oynayaraq qumara qurşandığını bildirən S.Ortac sözlərinə belə davam edib:
“Əvvəl ruleti öyrəndim, sonra pokeri... Bu mahnını bəslədiyim il çox dəhşət idi.
Orkestrimdə olan Fuad adlı barabançı dostum mənə at yarışını öyrətdi. Mən həmişə yarış zamanı sonda qalırdım. Sonra hirslənərək atları buraxıb qumar aparatlarına keçdim”.
Gülayə Mecid