Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Bakıya gəlib.
Unikal.org xəbər verir ki, Günəş, Tofiq Bəhramov adına Respublika stadionunda və “Qarabağ”ın bazasında olub. Onu Ağdam klubunun nümayəndələri müşayiət edib.
Günəşin Bakıya səfərinin məqsədi AÇ-2020-nin qrup mərhələsinin Bakıda keçiriləcək oyunları ilə bağlı təlim-məşq toplanışı üçün otel və idman arenası ilə tanışlıqdır.
Qeyd edək ki, Türkiyə millisi AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Uels və İsveçrə ilə matçlarını Bakı Olimpiya Stadionunda keçirəcək