Ənənəvi tay masajı UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bundan əlavə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daha 15 element əlavə olunub.
Bunların arasında irland arfasında ifa etmək bacarığı, Malay arxipelaqında əsası qoyulmuş silat döyüş sənəti, Podnesedəki (Portuqaliya) karnaval da yer alıb.