İordaniyada H1N1 virusunun ("donuz qripi") aşkarlandığı insanların sayı 90-a çatıb.
Unikal.org CNN-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Saad Cabir dövlət televiziyasına açıqlamasında bildirib.
Nazir sözügedən epidemiyaya yoluxan insanların çoxunun müalicədən sonra xəstəxanadan evə buraxıldığını, 8-nin isə müalicəsinin davam etdiyini söyləyib.
Qeyd edək ki, İordaniya Səhiyyə Nazirliyi dekabrın 10-da ölkənin cənubunda yerləşən Kerak hərbi qospitalında xroniki revmatizmdən əziyyət çəkən, immun çatışmazlığı olan bir nəfərin "donuz qripi"ndən öldüyünü bildirmişdi.
Açıqlamada əvvəllər də “donuz qripi”nə yoluxan 49 adamın müalicədən sonra evə buraxıldığı qeyd edilirdi.