“Tottenhem”in baş məşqçisi Joze Mourinyo İngiltərə mətbuatına açıqlama verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis yanvarda transferlərə ehtiyaclarının olmadıqlarını deyib:
“Hər şey gözlədiyim kimi gedir. Klubun prezidenti cənab Levi ilə danışmışam və o bütün planları haqda mənimlə söhbət edib. Yanvarda 300 milyon avro xərcləmək istəməzdim. Qış fasiləsində yeni transferlər ehtiyacımızın olduğunu düşünmürəm”.