Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Tunisə yola düşüb. Burada Ərdoğan Tunis ölkə rəhbəri Kays Səid ilə birlikdə mətbuat konfransı keçirib.
Mətbuat konfransında qəribə hadisə baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə lideri Ərdoğan, salondan siqaret qoxusunun gəlməsinə reaksiya verib.
Ərdoğan " Burnuma siqaret qoxuları gəlir. Bura çox dumanlıdır. Tunis heyətinə tövsiyə edirəm, təcili olaraq siqareti buraxın. Bunu sizi sevdiyim üçün söyləyirəm" deyib.