Sevgilisi ilə Macarıstanın paytaxtı Budapeştə tətilə gedən rusiyalı pianoçu Elina Valiyeva orada dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı gənc qızın ölümünə səbəb kirayə qaldığı mənzilin hamam otağında qaz sızıntısı olub. Elinanın cəsədi sevgilisi tərəfindən tapılıb. Dəm qazı pianoçu qızın sevgilisinə də təsir edib. O xəstəxanaya aparılıb və vəziyyətinin qənaətbəxş olduğu bildirilib.