Liviyanın Milli Razılıq Hökuməti hərbi yardımla bağlı Türkiyəyə rəsmi sorğu ilə müraciət edib.

Unikal.org xəbər verir ki, bu barədə Liviyanın nümayəndəsinə istinadən "Reuters" agentliyi bildirib.

Məlumata görə, Liviyanın beynəlxalq səviyyədə tanınmış hökuməti rəsmi Ankaradan "hava, quru və dəniz" qoşunları ilə bağlı hərbi yardım istəyib.

Daha əvvəl Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə Böyük Millət Məclisi Liviyaya hərbi qüvvələr göndərməyi nəzərdə tutan qanun üzərində çalışır. O, Türkiyənin Tripolidəki Fəyaz əl-Sərrac hökumətinə bundan sonra da zəruri dəstək verəcəyini bildirib.