Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2019-cu ilin idman yekunlarına həsr olunmuş tədbir keçirilib.
Unikal.org xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasim videoçarxın nümayişi ilə davam edib.
Gənclər və İdman naziri Azad Rəhimov açılış sözü ilə çıxış edərək 2019-cü ilin Azərbaycan idmanı tarixində xüsusi yer tutacağını bildirib: "Beynəlxalq yarışlardan idmançılarımızın xoş soraqları gəldi. İl ərzindən 775 medal qazanılıb. Onlardan 327-si olimpiya idman növlərinin payına düşür. Bu o deməkdir ki, bayrağımız gün ərzində ən azı 2 dəfə dalğalanıb. "Minsk 2019" II Avropa Oyunlarında 28 medal əldə olundu. Bakıda bir sıra mühüm idman yarışlar keçirildi. Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi etdik".
Nazirin sözlərinə görə, il ərzində 233 Respublika yarışı təşkil olunub: "Təkcə Bakıda 60-dan çox beynəlxalq yarış olub. Milli komandalarımız 243 beynəlxalq yarışa qatılıblar. Yığmalar üçün 118 təlim-məşq toplanışı təşkil edilib. Hazırda 45 Olimpiya Kompleksi xidmət göstərir".
Nazir deyib ki, gələn il də Azərbaycan idmanı üçün zəngin olacaq: "Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq davam etməkdədir. Artıq bir sıra idman növlərində lisenziyalar əldə olunub. Bakı AVRO-2020-nin 4 oyununu və "Formula 1"ə ev sahibliyi edəcək. Karate üzrə 55-ci Avropa çempionatı da Azərbaycanda olacaq. Həmçinin gimnastika üzrə Dünya Kuboku təşkil ediləcək".
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də ilin Azərbaycan idmanı üçün uğurlu alındığını bildirib. O, bütün idmançıların qarşıdan gələn Tokio-2020 Yay Olimpiya Oyunlarına səylə hazırlaşdıqlarını vurğulayıb.
Ardınca ilin ən yaxşılarının mükafatlandırılmasına start verilib.
Ardınca ilin ən yaxşılarının mükafatlandırılmasına start verilib.
İlin məşqçiləri: Ziyad Xəlfəyev (Atletika, Nazim Babayevin məşqçisi), Rəşad Əhmədov (Taekvando üzrə yığma komandanın böyük məşqçisi), Əkbər Muradov(Güllə atıcılığı üzrə paralimpiyaçılardan ibarət yığma komandanın baş məşqçisi)
İlin ən yaxşı hakimləri: Emin Qurbanəliyev (boks), Fariz Hüseynov (cudo), Asif Şirəliyev (güləş)
İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə: Gimnastika Federasiyası
İlin ən yaxşı federasiyası: Cüdo Fedarasiyası
İlin yekunlarına görə ən yaxşı komanda: Şahmat üzrə qadınlardan ibarət yığma
İlin idman könüllüsü: Dinarə Əliyeva
İlin ən yaxşı Uşaq Gənclər İdman məktəbi: Göyçay rayonu Uşaq Gənclər İdman Məktəbi
İlin ən yaxşı idman təşkilatı: Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti ("Dinamo")
İlin yekunlarına görə ən yaxşı idman həkimi: Olqa Panina (Velosiped İdmanı Federasiyası), Zaur Abdullayev (Boks Federasiyası)
İlin ən fəal veteranı: Tofik Babanlı (boks)
İlin ən yaxşı idman qurğuları: Şəki OİK, Beyləqan OİK, Qazax OİK
İlin ən yaxşı idman verlişlərinin təşkilatçışı: Mehman Rəsulov ("Real" TV)
İlin ən yaxşı idman agentliyi - Oxu.az (Səbuhi Musayev)
İlin ən yaxşı idman televiziya verilişləri kanalı – ATV (Sənan Şəfizadə)
İlin yekunlarına görə ilin ən yaxşı televiziya verilişləri layihəsi: “İdman və media” ("İdman" TV)
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 2019-cu ilin yekunlarına əsasən təsis olunan mükafatlar:
Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi: Altay Həsənov
Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı: Rəşad Cavadov
Ədalətli oyun prinsiplərinə sadiq hakim: Eldar Zülfüqarov
Ədalətli oyun prinsiplərinə sadiq məşqçi: Əsgərxan Novruzov
Ədalətli oyun prinsiplərinə sadiq idmançı: Nazim Babayev
Ədalətli oyun prinsiplərinə sadiq səfir: “Bu şəhərdə” kollektivi
FƏXRİ DİPLOM
Bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə: Səbuhi Qarayev, Xəyal Piriyev (kikboksinq)
İlin ən yaxşı idmançıları da açıqlanıb.
Bədən Tərbiyəsi və İdman Akademiyasının binasında keçirilmiş tədbirdə bu ada 11 idmançı layiq görülüb.
1.Pevtsov Rostislav Oleqoviç-Triatlon
2.Babayev Nazim Tahir oğlu-Atletika
3.Rəcəbov Teymur Boris oğlu-Şahmat
4. Milad Beigi Herçeqani Ağayar oğlu-Taekvondo
5.Əliyev Hacı Azər oğlu-Sərbəst güləş
6.Stadnik Mariya Vasilyevna-Qadın güləşi
7.Orucov Rüstəm Fəzail oğlu-Cüdo
8.Ağamirova Zöhrə Atil qızı-Bədii gimnastika (çoxnövçülük və gürzlərlə hərəkətlər)
9.Əsədov Elçin Rafiq oğlu-Velosiped
10. Aslanov Rəmal Əli oğlu-Kikboksinq
11.Aynur Tofiq qızı Məmmədova- Parataekvando
Aygün İlqarqızı
FOTO: Müzəffər İsmayılov