Kahramanmaraş şəhərində uşağa ad qoymaq üstündə mübahisə düşüb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeni dünyaya gələn körpənin adını nənə-babası qoymaq istəyərkən xalası buna etiraz edib. O bildirib ki, uşağın adının qoyulması ata-anasının ixtiyarında olmalıdır. Valideynləri isə bu fikirlə razılaşmayıb və körpənin 19 yaşlı xalası özünü binanın 6-cı mərtəbəsindən atıb.
O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.