Tehran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ hərbi obyektlərinə zərbə endirməyə hazırlaşır.
Unikal.org-un məlumatına görə, bunu bu gün CNN telekanalına müsahibəsində İran Ali dini lideri Əli Xamaneinin hərbi müşaviri Hüseyn Dehqan bəyan edib.
H. Dehqan deyib ki, müharibəni ABŞ başlayıb: “Buna görə də ABŞ hərəkətinə məqsədyönlü cavaba hazır olmalıdır. Müharibənin bu dövrünə ABŞ-ın bizə vurduğu zərbəyə bərabər zərdə alması son qoya bilər. Təbii ki, cavab hərbi cavab olacaq və hərbi obyektlərə yönələcək. İran heç vaxt müharibəyə can atmayıb və can atmayacaq”.