İrandan yüksələn intiqam andlarından sonra ABŞ, Orta şərqə 3500 əsgər göndərib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Reuters xəbər agentliyi, Pentaqonun Şimali Karolina əyalətində yerləşən "Fort Bragg"dan hərbi bazasından yola salınan 3500 əsgərinin görüntülərini yayımlayıb. Ehtimal edilir ki, Pentaqon 3500 əsgəri İran sərhədində saxlayacaq. 

Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.