ABŞ prezidenti Donald Trampa Birləşmiş Ştatların İraqdakı bazalarının atəşə tutulması haqqında məlumat verilib, o vəziyyəti izləyir.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Trampın mətbuat katibi Stefani Qrişem bildirib.
"Biz İraqda ABŞ-ın obyektlərinə hücumlardan xəbərdarıq. Prezidentə məlumat veriblər, o, vəziyyəti diqqətlə izləyir və özünün milli təhlükəsizlik üzrə komandası ilə məsləhətləşir, - deyə Qrişem bildirib.
ABC-ın məlumatına görə, hücum ABŞ-ın İraqdakı çoxsaylı obyektlərinə yönəldilib və İran ərazisindən ballistik raketlərlə həyata keçirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu zərbələr görə məsuliyyəti üzərinə götürüb.