İranda Ukrayna təyyarəsinin vurulması nəticəsində həlak olan 176 nəfərin xatirəsinə video hazırlanıb.
Unikal.org xəbər verir ki, hazırlanan bu video hazırda qonşu ölkədə ən populyar videoya çevrilib.
Qeyd edək ki, yanvarın 8-də Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. Faciədə həlak olanların böyük bir hissəsi ikili vətəndaşlığı olan iranlılar olub. Həlak olanlar arasında həmçinin Kanada, Ukrayna, Böyük Britaniya və Almaniya vətəndaşları da var.
Artıq rəsmi Tehran “Boeing” təyyarəsinin “insan səhvi” səbəbindən vurulduğunu etiraf edib.