Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanmışdır.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Unikal.org-a verilən məlumata görə, uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.
Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş vermişdir. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.