Bakının Xətai rayonunda Nobel prospektində, "Günəş" marketin yaxınlığında döyülmə hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, 1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib. Mübahisə böyüyüyb və  o, döyülərək ağır xəsarət alıb.

3 saylı şəhər xəstəxanasına çatdırılan şəxsə qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulub. Bildirilir ki,  Əliyev Ağacan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.