Bakı və Kürdəmir sakinlərində silah-sursat aşkarlanıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Bakı Şəhər baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron götürülüb.
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muradxan kənd sakini Q.Talıbovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.