Bakı-Sumqayıt yolunda mikroavtobus yolun kənarındakı dirəyə çırpılıb.
Unikal.org-un məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb. Sumqayıtdan Bakı istiqamətinə hərəkətdə olan "Mercedes Sprinter" markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb və yolun qarşı hərəkət istiqamətinə keçib. Hadisə Sumqayıtın çıxışında Sülh küçəsində baş verib. Sürücü 20 yaşlı piyadanı vurub öldürüb.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.
TƏBİB-dən Trend-ə verilən məlumata görə, hadisə mikroavtobusun piyadanı vurması nəticəsində baş verib.
Piyadanı vuran mikroavtobus idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb. Bir nəfər ölüb.
Nəticədə sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.