Məlum olduğu kimi bu gün Abdullah Avcı ilə yolları ayıran "Beşiktaş" klubu artıq yeni baş məşqçini də tapıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu posta Sərgən Yalçın gətiriləcək. Belə ki, klub prezidenti Ahmet Nur Çəbinin də iştirakı ilə Sərgən Yalçınla telefonda danışıqlar aparılıb və müəyyən razılıq əldə edilib. Məlumata görə, onlar qısa zaman ərzində geniş görüş keçirəcəklər. Görüş zamanı bütün detallar müzakirə ediləcək.
Qeyd edək ki, "Beşiktaş" rəhbərliyi Abdullah Avcını göstərilən zəif nəticələrə görə komandadan göndərib. Sərgən Yalçın isə hazırda "Yeni Malatyaspor"un baş məşqçisidir.