Antalyada dələduzluq faktı aşkarlanıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Antalya şəhərində yaşayan İbrahim D. internetdə özünü 'Fatma Aktuğ' adı ilə qələmə verərək Salih B.-dən 35 min TL (10 min manat) və mobil telefon alıb.
Belə ki, Salih B. Antalyaya gəlib və internetdə tanış olub "sevdiyi" qadınla görüşmək istəyib. İbrahim D. görüşə yaxını Esra K.-nı göndərib. Dolandırılan şəxslə Esra K. oteldə 2 gün birlikdə olublar. Vəziyyətdən şübhələnən Salih K. otel qeydiyyatında birlikdə olduğu qadının Esra K. olduğunu öyrənib və polisə şikayət edib.
İbrahim D. və Esra K. məhkəmənin qərarı ilə həbs olunublar.