İngiltərədə idman zalından çıxaraq avtomobilinə doğru gedən qadına hücum edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Birminqhem şəhərində baş verib. 24 yaşlı qadına 2 nəfər hücum edərək başına və gözünə çəkiclə vurublar. Gənc qadın qanlar içində qalıb. 

Cinayətkarların əsas hədəfi isə idman zalından çıxan qadının avtomobili olub. Onlar maşını oğurlasalar da, polisin həyata keçirdiyi əməliyyatlar nəticəsində 24 saat ərzində oğrulardan biri saxlanılıb. O, 17 yaşlı Macid Ali olub.

Məhkəmə qarşısına çıxarılan yeniyetmə 9 il müddətinə azadlıqdan məhrum edilib.