ABŞ-ın ən böyük idman turniri hesab edilən "Super Bowl"da "Instagram" modeli Kelly Kay bir anda özünü meydana atıb.
Unikal.org xəbər verir ki, Kinsey Volanskinin "Çempionlar Liqa"sının final qarşılaşmasında etdiyi kimi soyunaraq meydana atılmağa çalışan model mühafizəçilər tərəfindən güclə saxlanılıb.
Polislərlə mübarizə aparan model meydandan çıxarılarkən paltarını yuxarı çəkib və alt paltarını nümayiş etdirib. Polis tərəfindən saxlanılan Kelly Kay sərbəst buraxıldıqdan sonra bunu gecə klublarının birində sabaha qədər qeyd edib.