Ermənistanın Lori əyalətində kütləvi dava olub.

Unikal.org  “Shamshyan.com”a istinadən xəbər verir ki, hadisə Bazum ərazisində qeydə alınıb. Dava atışma ilə nəticələnb. Atışma zamanı 2 nəfər öldürülüb, daha 2 nəfər yaralanıb. Hadisə yerinə gələn polis əməkdaşları ərazidə tamamilə yanmış “VAZ-2121” markalı avtomobili aşkarlayıblar. Avtomobildə avtomat silah tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları “Niva” avtomobilinin hadisə ilə əlaqədar yandırılmasından şübhələnirlər.

Faktla bağlı cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının əməksdaşları ölənlərin və yaralananların şəxsiyyətini müəyyənləşdirirlər.