Soyğunçuluqda şübhəli bilinən paytaxt sakinləri E.Qafarov və S.Hidayətov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Nəhmətovanın içərisində pulu, sənəd və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri E.Qafarov və S.Hidayətov saxlanılıblar.