Qeyri-adi hərəkətləri ilə gündəmə gəlməyi bacaran Dubay əmirinin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum yenidən diqqət çəkib.
Unikal.org xəbər verir ki, Azərbaycancanda "Gelandewagen"lə şou göstərən ərəb şeyxi bu dəfə sükan arxasında olarkən avtomobilini dayandırıb və dəvələri səsləyib. Onun yanına gələn dəvələri ağzından öpüb.
Qeyd edək ki, 2017-ci ildə Dubay əmirinin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum Azərbaycanda "Gelandewagen"lə "Şaqman" markalı yük maşınını dartıb. Maraqlısı ondadır ki, yük maşını qumla dolu olub.
Xatırladaq ki, “Fazza” ləqəbilə şerlər yazan şahzadə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. “Forbes”in “dünyanın ən zəngin varisləri” siyasında olan gənc oğlanın varidatı 18 milyard dollar dəyərindədir.
Şeyxin oğlu Hamdan bin Məhəmməd bin Rəşid əl-Maktum dəfələrlə Azərbaycana gəlib. Əl-Maktum Azərbaycanın müxtəlif rayonlarında ovçuluqla məşğul olub.