Azərbaycanın sərbəst güləş üzrə millisi İtaliyanın paytaxtı Romada başa çatan Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.

Unikal.org xəbər verir ki, yarışın son günlərində sərbəst güləşçilər mübarizə aparıb.  

Yığmamız qitə birinciliyində beş medal qazanıb.  

Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbəy Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.  

116 xal yığan yığmamız yalnız Rusiyadan (186) geri qalıb.

İlk "3-lüy"ü Gürcüstan (95) tamamlayıb.

Qeyd edək ki, sərbəst güləşçilərimiz Aslanbek Alborov və Cəmaləddin Məhəmmədov Avropa Çempionatınının son günü bürünc medal qazanıblar.

Alborov (92 kq) Gürcüstan güləşçisi İrakli Mtsituriyə 2:0 hesabıyla qalib gələrək çempionatın bürünc medalını qazanıb.

Məhəmmədov isə (125 kq) sona 4 saniyə qalmış aldığı xalla Ermənistan güləşçisi Levan Berianidzeyə qalib gələrək çempionatın üçüncüsü olub.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə millimiz də Rusiyanın ardından Avropa ikincisi olmuşdu.