Braziliyada tur gəmisini Jari çayındda batıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Para əyalətində baş verib. 70 nəfərin olduğu gəmidən 46 nəfər xilas edilib, 13 nəfər isə dünyasını dəyişib. Ölümdə qurtulanlardan biri öz açıqlamasında "Gəmi bir anda fırlanmağa başladı, nə baş verdiyini anlamadıq. Ailəmlə birlikdə pəncərədən çıxaraq xilas olduq. Yaşadıqlarımız bir film səhnəsinə bənzəyirdi" sözlərini deyib.

Qəzanın nə səbəbdən baş verdiyi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.