Rusiya və Türkiyə prezidentləri martın 5-də keçiriləcək görüşdə İdlib böhranı və onun aradan qaldırılmasına dair tədbirləri müzakirə edəcəklər.

Unikal.org xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

D.Peskov əlavə edib ki, dövlət başçıları böhranın yaranma səbəblərinə və onun mümkün ağır nəticələrinə, böhranın aradan qaldırılması yollarına dair məsələlər ətrafında müzakirələr aparacaqlar.

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin martın 5-də Moskvada görüşəcəklər.