Gürcüstanın Svaneti rayonu ərazisində yerləşən Tetnuldi zirvəsində qar uçqunu baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağın zirvəsində olan 6 italiyalı turist uçquna düşüb.Qarın altında qalan turistlərdən üçünün öldüyü bildirilir.