“Mançester Siti”nin rəhbərliyi daha bir klubun səhmlərini almaq niyyətindədir.
Unikal.org xəbər verir ki, “City Football Group” korporasiyası Fransa Liqa 2-də çıxış edən “Nansi” klubunu əldə etmək istəyir. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, “Mançester Siti” rəhbərliyinin “Nansi” klubunu alacağı təqdirdə, hazırkı prezident Jak Russelonun növbəti iki mövsümdə vəzifəsində qalacağı bildirilib.
“City Football Group” “Mançester Siti” ilə yanaşı, “Jirona” (İspaniya), “Nyu-York Siti” (ABŞ), “Melburn” (Avstraliya), “Torke” (Uruqvay), “Yokohama Marinos” (Yaponiya), “Siçuan” (Çin), “Mumbai Siti” (Hindistan) klublarına da sahibdir.
“Mançester Siti”nin sahibi Şeyx Mansur kimi tanınan Mansur ibn Zayd əl-Nahyandır.