Dünya koronavirusla mübarizə apararkən, başqa bir sirli xəstəlik ortaya çıxıb. 

Unikal.org xəbər verir ki, son günlərdə Efiopiyada insanların yüksək dərəcəli temperaturdan əziyyət çəkərək xəstəxanalara baş vurması Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edib. 

Belə ki, xəstəxanaya yerləşdirilən 23 yaşlı xəstənin gözlərinin sarı rəngə çevrildiyini, ağzından, burnundan və gözlərindən qan gəldiyini və yüksək temperatur səbəbiylə öldüyü bildirilib. Daha sonra həkimlər bunun yeni bir virus olduğunu təsdiq ediblər. 

Hələ ki, müalicəsini bilməyən elm adamlarını tərəfindən “Xəstəlik X” adlanan yeni virus xəbərindən sonra Efiopiyada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hərəkətə keçib.  Alimlərin açıqlamasına görə bu virusun ilkin göstəriciləri yüksək temperaturlu olması və gözlərdən qan gəlməsi ilə bilinir. 

Qeyd edək ki, Efiopiyada kəndlilər davam edən ölümcül  xəstəlik səbəbiylə həyatlarını itirərkən, bu epidemiyanın dəhşətli bir  “Xəstəlik X” olduğu iddia edilib.