Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyonun Paraqvayda saxlanıldığını xəbər vermişdik.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi və qardaşı saxta pasport istifadə etməkdə ittiham olunurdu.
Paraqvay prokurorluğu Ronaldinyo və qardaşının günahsız olduğu və onların saxta pasportdan məlumatlarının olmadığı qənaətinə gəlib. İfadələrində də aldadıldıqlarını bildirən Ronaldinyo və qardaşı sərbəst buraxılıb.
Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə bitirib. 2003-2008-ci illərdə “Barselona”da çıxış etmiş “sambaçı”, 97 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb.