Rusiyada dəhşətli hadisə yaşanıb.

Unikal.org xəbər verir ki, məşhur Rusiyalı bloqqer Yekaterina Didenko ad gününü qeyd etmək üçün parti keçirib və yaxınlarını dəvət edib. Parti zamanı tüstü çıxarması üçün hovuza "quru buz" olaraq adlandırılan çox miqdarda karbondioksid atılıb. 

29 yaşını qeyd edən Yekaterinanın həyat yoldaşı Valentin Didenko və partidə iştirak edən digər iki qonaq karbondioksiddən zəhərlənərək ölüblər. Bu hadisəni də izləyicilərinə video paylaşmaqla çatdıran Yekaterinanın izləyicilərinin sayı 500 mindən 1,5 milyona yüksəlib.