Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-2019) İtaliyada ciddi şəkildə yayılıb.
Unikal.org xəbər verir ki, İtaliyada koronavirus xəstələrini müalicə edən Alessi Bonari adlı tibb bacısının fotosu vəziyyətin necə ciddi olduğunu sübut edib. Belə ki, həmin fotoda onun alnı, yanaqları və burnunun çürüklər içərisində qaldığı görünür.
O, vətəndaşların məsələyə ciddi yanaşmaları üçün "Mən tibb bacısıyam və hal-hazırda təcili tibbi vəziyyətlə qarşı-qarşıyayam. Mən də qorxuram, amma alış-verişə getməyəcəm, işə getməkdən qorxuram. Çünki tibbi maska üzümə yaxşı təmas etməzsə virusdan qoruna bilmərəm. Yalnışlıqla kirli əlcəklərlə öz bədənimə də toxuna bilərəm ya da qoruyucu eynəklər gözümü tam qorumaya bilər və virus keçmiş ola bilər" sözlərini yazıb.