Dünyada pandemiyaya çevrilən koronavirus epidemiyası futbol oyunlarına da təsirsiz ötüşməyib.
Unikal.org xarici mediaya istinadla xəbər verir ki, Cənubi Amerikada Dünya Çempionatı seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlar koronavirus səbəbilə ləğv olunub.
Bu səbəbdən Avropa çempionatlarında oynayan cənubi amerikalı futbolçular - Messi, Vidal, Artur və digər futbolçular vətənlərinə getməyiblər.
Bildirilib ki, sabah İspaniya La Liqasının oyunlarının təxirə salınıb-salınmayacağı ilə bağlı qərar veriləcək.
Bundan öncə UEFA Avropa Liqası çərçivəsində də bir sıra oyunlar təxirə salınıb.