İtaliyada koronavirus səbəbindən çox acınacaqlı vəziyyət yaşanır.

Unikal.org xəbər verir ki, koronavirusun İtaliyada ən çox yayıldığı şəhər olan Berqamoda dünyasını dəyişənlərin cansız bədənlərini yandırmaq üçün yer çatışmır. Bu səbəbdən koronavirusdan ölənlər tabutlara qoyularaq İtaliya ordusuna məxsus hərbi avtomobillərlə digər şəhərlərə aparıldığı görüntülənib. 

Qeyd edək ki, İtaliyada aktiv koronavirus xəstələrinin sayı 35713 nəfərdir. Virusdan sağalanların sayı 4025, ölənlərin sayı isə 2978 nəfər olaraq açıqlanıb.