Şəkidə intihar hadisəsi olub.
Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Şəki şəhər sakini Məmmədrəhimli Tərlan Rəhman oğlu işlədiyi “Sünbül” çörək zavodunda özünü asaraq intihar edib.
T.Məmmədrəhimlinin özünü hansı səbəbdən asdığı hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.