Yeni növ koronavirusun (COVID-19) sürətlə yayıldığı ölkələrdən biri də İngiltərədir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Londonda yerləşən sərgi salonu 9 gün ərzində xəstəxanaya çevrilib. Xəstəxanada 4 min koronavirus xəstəsinin eyni anda müalicə ala bilməsi üçün şərait yaradılıb. 

Xəstəxanada 4 min yataq yerləşdirilə biləcəyi bildirilib. 

Qeyd edək ki, İngiltərədə koronavirusa yoluxanların sayı 38 168-ə çatıb. Ölənlərin sayı isə 3 min nəfəri ötüb.