Gürcüstanda koronavirus infeksiyasına yoluxan daha üç pasiyent sağalıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasından sağalanların sayı 31 nəfərə çatıb.
Gürcüstanda bu günə qədər koronavirusa 157 nəfər yoluxub, onlardan biri ölüb.
Hazırda karantində 5 526, stasionar nəzarətdə isə 344 nəfər var.