Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirusun (COVID-19) ən geniş yayıldığı ölkələrdən biri də Fransadır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə tibb işçiləri koronavirusdan qorunmaq üçün zəruri olan qoruyucu vasitələrin çatışmazlığından şikayət ediblər.
Onlar #apoilcontrelecovid (Koronavirus qarşısında çılpaq) həşteqi yazılan kartları əllərində tutaraq etiraz videosu hazırlayıblar.
Bu videonun təşkilatçısı olan həkimlərdən biri verdiyi açıqlamada "Bildiyiniz kimi, xəstələri təmkinli şəkildə müalicə etmək və eyni zamanda özümüzü də riskə atmamaq üçün bəzi qoruyucu vasitələrə ehtiyacımız var, lakin biz onlara sahib deyilik" sözlərini deyib.
Qeyd edək ki, Fransada artıq 8 mindən çox insan koronavirus səbəbindən vəfat edib.