Kanadada yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbindən ölənlərin sayı 103 nəfər artaraq 579-a  çatıb.

Unikal.org xəbər verir ki, Federal Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə son 48 saatda görülən COVID-19 ilə əlaqəli yoluxanların sayı 2755 artaraq 22 min 46-ya, həyatını itirənlərin sayı 103 nəfər artaraq 579-a  çatıb.

Baş nazir Justin Trudeau, paytaxt Ottavadakı evindəki gündəlik mətbuat konfransında, ölkədəki həyatın 1-1,5 il içində normal vəziyyətə qayıdacağını söylədiklərini xatırlatdı:

"Artıq epidemiyanın ilk və ən vacib mərhələsindəyik. Bunun üzərindən keçməyimiz çox vacibdir. Bunun üçün insanlara evdə qalmağı və ehtiyac olmasa çölə çıxmağı söylədik. Evlərində qalmağa davam etsələr, növbəti yayda ilk mərhələni keçəcəyik və məktəblərin yenidən açılması işdən kənarda qalanların öz işlərinə qayıdışları anlamına gələ bilər, evdə qalmağımıza, sosial məsafə qaydalarına əməl etməyimizə və maskalar və qoruyucu materiallardan istifadə etməyimiz normal bir həyata qayıtmağımıza kömək edəcəkdir.