6 mindən çox yoluxmanın müşahidə olunduğu Meksikada yeni növ koronavirusdan ölənlərin sayı 486-ya yüksəlib.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Səhiyyə nazirinin müavini Hugo Lopez-Gatell, mətbuata açıqlamasında, son 24 saatda COVİD-19 səbəbiylə ölənlərin sayının 37 nəfər artaraq 486-ya, yoluxanların sayının isə 450-dən 6 min 297-ə yüksəldiyini bildirib.
Epidemiyadan ölən insanların əksəriyyətinin yüksək qan təzyiqi, piylənmə, şəkərli diabet və xroniki xəstəliklər kimi yüksək riskli xəstələr olduğuna diqqət çəkən Lopez-Gatell, 60 yaşdan yuxarı insanların evlərini tərk etməmələrini istəyib.
Ölkədə epidemiyadan sağalanların sayı da 2 min 451-ə çatıb. Meksikada COVID-19 ilk yoluxma halı 28 fevralda, virusla əlaqəli ilk ölüm isə 19 Martda baş verib.