Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində “NAZ” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “NAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.