Ötən gün Bakının Suraxanı rayonunda hakimiyyət nümayəndəsinin qanuni tələblərinə itaətsizlik hadisəsi qeydə alınıb.
Xüsusi karantin rejimininin qaydalarını pozan sərxoş sürücü avtomobili polis əməkdaşının üstünə sürüb.
Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, hadisə aprelin 19-da, saat 04:00 radələrində Ramana qəsəbəsində baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları karantinlə əlaqədar qurulan postda “Opel” markalı avtomobili saxlamağa çalışıblar. Lakin sürücü onların tələblərinə məhəl qoymayaraq, idarə etdiyi avtomobili Post-Patrul Xidmətinin əməkdaşı Nurlan Müzəffərlinin (1997-ci il təvəllüdlü) üstünə sürüb. Nəticədə, xəsarət alan asayiş keşikçisi Daxili İşlər Nazirliyinin xəstəxanasına yerləşdirilib.
Polislər qanunu pozan Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Sahir Nəsibovu saxlayıb.
Faktla bağlı araşdırma aparılır.